CAR-ın Avtoİdman Assosiasiyası narahatlığını bildirib

Cənubi Afrika Respiblikasının avtoidman ictimaiyyəti çoxadan milli Qran Prinin qaytarılması planlarını qurur – 90-cı illərə qədər məhz bu ölkədə çempionatın […]

Cənubi Afrika Respiblikasının avtoidman ictimaiyyəti çoxadan milli Qran Prinin qaytarılması planlarını qurur – 90-cı illərə qədər məhz bu ölkədə çempionatın ya birinci, ya da sonuncu yarışı keçirilərdi. Böyük plana uyğun olaraq, keçən il Gauteng Motorsports şirkəti qeydiyyata alınıb, şirkətin təsisçiləri siyahısında Qautenq əyalətinin inzibati rəhbərliyi də var idi, şirkət müasir Formula1-in bütün tələblərinə cavab verəcək avtodrom tikməli idi. Keçən ilin payızında Formula1-in baş arxitektoru German Tilke Qautenqə baş çəkmişdi və 30 il ərzində milli mərhələni qəbul etmiş tras yerləşən Kaylami rayonunu nəzərdən keçirmişdi.

Amma indi layihə problemlərlə üzləşib: 50 milyon Avro vəsait xərclənsə də, sərmayədarlar gəlir əldə etməyiblər və bu vəsaitlərin taleyini araşdrımaq istəyirlər. CAR-ın Avtoİdman Assosiasiyası (MSA) bu vəziyyətdən narahatlığını bildirib…

Rocer Pirs, MSA-nın başçısı: “Avtoyarışlar turizmin inkişafına və işgüzar həyatın canlanmasına təsir edə bilər, bundan bütün cəmiyyət faydalanacaq. Amma biz heç bir qanun pozuntusuna yol verə bilmərik. Şübhəli vəziyyətdir, Gauteng Motorsports-un vəziyyəti idmanın imicinə mənfi təsir edir.”

Pocer Pirs hökumət üzvlərini baş verən hadisələri öyrənməyə çağırıb, çünki onun fikrincə, Formula1-in ölkəyə qayıtmasından nəinki milli avtoidman, həm də bütün ölkə qazanacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*