C.Allen: “Bizi möhtəşəm mövsüm gözləyir”

Britaniyalı ekspert və icmalçı Ceyms Allen İTV teleşirkətinin saytı üçün yeni mövsümün maraqlı şərhini hazırlayıb… Ceyms Allen: “Gələn həftə yeni […]

Britaniyalı ekspert və icmalçı Ceyms Allen İTV teleşirkətinin saytı üçün yeni mövsümün maraqlı şərhini hazırlayıb…

Ceyms Allen: “Gələn həftə yeni mövsüm start alacaq və bu gözəl dövrdür – hamının eyni xalı var və ən maraqlı hadisələr bizi qarşıda gözləyir.

Mövsümöncəsi testlərdən sonra belə bir təəssürat var ki, Red Bull və Ferrari liderlik uğrunda mübarizə aparacaqlar, özü də keçənilki mübarizəni keçənilki səviyyədə davam etdirəcəklər. Bəs onlara kim rəqabət göstərə biləcək?

Son testlərdə hamı McLaren və Mercedes GP-ni izləyirdi – hər iki komanda liderlər qrupunda mübarizə aparmalıdırlar, amma testlərdə müəyyən problemlərlə üzləşiblər.

McLaren testlərə əsas rəqiblərindən sonra qoşulub – təqdim olunan maşın innovasiyalı qazburaxma sistemi ilə hamını təəccübləndirsə də, maşın etibarlı alınmayıb – əgər siz etibarlılığı təmin edə bilməsəniz sürət üzərində işləyə bilməyəcəksiniz.

Hiss edirəm ki, McLaren mövsümə komandanın istədiyindən pis başlayacaq, amma mövsümün gedişində ciddi inkişaf mümkündür. Mövsümün ilk yarışlarında çox xal itirməmək vacib olacaq.

Mercedes GP də əvvəlki testlərdə rəqiblərinə uduzurdu, amma komanda geriqalmanı maşının ciddi modernizə paketinin hazırlanması ilə izah edirdi. Maşının ilk versiyası birinci testlərdə rəqiblərinə bir saniyədən çox uduzurdu və hamı vəziyyətin daha da pisləşməsindən qorxurdu. Komanda keçənilki maşının təkmilləşdirilməsini tez dayandırmışdı və hələ yaydan yeni maşının hazırlanmasına başlamışdı – yenə də səhvə yol verilib?

Sonuncu Barselona testlərinə mühəndislər bir çox yeniliklər gətirmişdilər, yeni mürəkkəb qazburaxma sistemi isə maşının arxa hissəsində asfalta yatma qüvvəsnin artmasına səbəb oldu. Maşının sürəti artdı – Mixael Şumaher ən yaxşı nəticəyə imza atdı və indi hamını bir sual maraqlandırır – doğrudanmı Mercedes GP belə inkişaf edə bilib?

Məncə, Mercedes GP maşınları iki potensial liderə çox yaxındırlar, amma bir az geridədirlər. Melburnda biz real qüvvələr nisbətini biləcəyik, daha doğrusunu isə Malayziyada. Şumaher və ya Rosberqi elə ilk yarışlardan titula namizədlər siyahısında görmək istərdim. Mixael idmana qayıtmasını doğrultmaq üçün yaxşı nəticə göstərməlidir, Niko isə Formula1-də ilk qələbəsini çoxdan gözləyir. Çox güman ki, yeni maşın ona arzusunu gerçəkləşdirməyə imkan verəcək.

Mən səbirsizliklə mövsümün başlamasını gözləyirəm. Pirelli təkərlərinə keçid yarışların senarisini dəyişəcək, pit-stoplarn sayını artıracaq – strategiya baxımından bizi dünyanın ən yaxşılarının gərgin mübarizəsi gözləyir.

1970-ci ildən ilk dəfə olaraq starta beş dünya çempionu çıxacaq – bu, qarşıdakı mövsümdə rəqabətin yüksək səviyyəsinin əyani sübutudur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*