18 Dekabr 2018, Çərşənbə axşamı - 17:08

Ç.Uaytinq: “Pilot hər şeyi özü etməlidir”

Ç.Uaytinq: “Pilot hər şeyi özü etməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:38 - 18 Mart, 2016

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, radio danışıqları vasitəsilə pilotlara komandalar tərəfindən verilən təlimatlar artıq dözülməz səviyyəyə gəlib. Ona görə də radio danışıqlarına məhdudiyyətlər qoyulub…

F-1.az xatırladır ki, FİA bu mövsümdən etibarən radio danışıqlarına tam məhdudiyyət tətbiq edəcək. Yeni qaydalara görə, sürücülər bolidi heç bir kömək almadan sürməlidirlər.

Çarli Uaytinq bildirib ki, onların bundan başqa yolu qalmayıb: “Keçən il biz müəyyən məhdudiyyətlər tətbiq etdik. Onlara bildirdik ki, pilotlarına “Bu porebrikə hücum etmə, döngəni elə dönmə” kimi məlumatlar deməsinlər.

İndiki halda biz bir addım da qabağa getdik. Çünki biz istəyirik ki, pilotlar bolidi mühəndislərdən kömək almadan, tək başına idarə eləsinlər.

Onlara strategiyaları barədə məlumat verilməyəcək, güc qurğusu barədə, ERS sisteminin vəziyyəti barədə heç nə deyilməyəcək. Bu cür şeylər yasaqlandı.

Komandaların pilotlarına nələr deyə biləcəyi barədə siyahı hazırlamışıq, amma o siyahı elə də uzun deyil. Pilot bəzi şeyləri özbaşına etməlidir və gözləntiləri doğrultmalıdır.

Son illərdə mühəndislər sürücülərinə bolidi sürməkdə çox kömək edirdilər. Düzünü desək, deyə bilərəm ki, bu artıq dözülməz səviyyəyə gəlmişdi. Bunlara baxmayaraq, komandalar sürücülərini pit-stopa çağıra bilərlər. Pilot da həmin dövrə ərzində pit-stopa gəlməlidir.

Onlar pit-stopda istədikləri təkəri taxa bilərlər. Strategiyanı pilotlar müəyyən edəcəklər və ən yaxşı təkəri seçəcəklər. Ona görə də inanmıram ki, bu mövzuda hər hansı bir dəyişiklik olsun”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 434
Teqlər ,
Paylaş

logo