17 Dekabr 2017, Bazar - 17:51

Ç.Uaytinq: “Kubitsa üçün heç bir istisna olmayacaq”

Ç.Uaytinq: “Kubitsa üçün heç bir istisna olmayacaq”

Müəllif: Elçin Zodorov, redaktor

12:09 - 25 İyul, 2017

Robert Kubitsanın sağ əlinin hərəkəti məhduddur – normal hərəkətin 40 faizini təşkil edir. Renault da buna görə polşalı sürücüyə xüsusi sükan hazırlamaq istəyir.

F-1.az xəbər verir ki, komanda sükanaltı yarpaqları sükanın sol tərəfində yerləşdirməyi düşünür. Formula1-in yarış direktoru Çarli Uaytinq bu məsələyə münasibətini bildirib: “Digər sürücülər kimi, Robertin də milli lisenziya alması üçün tibbi rəyin verilməsi mütləqdir”.

Qeyd edək ki, FİA hər hansı hadisə zamanı sürücünün maşını 5 saniyə ərzində tərk etməli olduğunu bildirir. Kubitsanın maşınına isə bunun üçün heç bir əlavə köməkçi avadanlıqlar quraşdırılmayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 351
Teqlər , ,
Paylaş

logo