18 Oktyabr 2017, Çərşənbə - 00:31

Ç.Uaytinq: “Fettelin üzr istəməsi bəs elədi”

Ç.Uaytinq: “Fettelin üzr istəməsi bəs elədi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:39 - 11 Noyabr, 2016

Formula1-in yarış direktoru Çarli Uaytinq mətbuat konfransında bildirib ki, Fettelin ona dediyi təhqiramiz sözlərdən sonra üzr istəməsi yetərli olub.

F-1.-az xatırladır ki, Fettel Meksika yarışının son dövrələrində Ferstappenə hücum etmiş və hollandiyalı döngəni kəsərək müdafiə olunmuşdu. Buna görə əsəbləşən Fettel həm Ferstappeni, həm də Çarli Uaytinqi söymüşdü.

Almaniyalı sürücü daha sonra Uaytinqlə üz-üzə görüşərək, üzr istəmiş və daha sonra Jan Todta üzr məktubu yazmışdı.

Çarli Uaytinq: “Təhqiramiz sözlər, əlbəttə ki, ilk dəfə istifadə olunmadı. Mənə qarşı istifadə olunması pis oldu, amma orada məyus idi və etdiyi hərəkəti anlamaq üçün bəzi hadisələr baş vermişdi. Yarışdan sonra mənim yanıma gəldi və üzr istədi. Bu, mənim üçün yetərli idi. Unudub, həyata davam etdim. Etməli olduğumuz şey budur. Bu cür hallar həmişə baş verə bilər. Neçə illərdir bu işi görürəm və belə hallarla çox rastlaşmışam”.

Fettel mətbuat konfransında Uaytinqdən yenidən üzr istəyib: “Dediyim kimi, heç bir problem yoxdur. Dediyim sözlərə görə üzr istəyirəm. Yarışın və mübarizənin içində idim və məyus idim.

Dediklərimə görə peşmanam. Bu sözləri demək istəmədim. Yarışdan sonra Çarlini tapıb üzr istəməkdə qərarlı idim. Ondan üzr istədim və bunu qəbul etdiyi üçün çox şadam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 047
Teqlər , , , ,
Paylaş

logo