Ç.Uaytinq: “Ferstappen üzr istəməlidir”

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, Maks Ferstappen ABŞ yarışının stüardı Qərri Konnelli barədə dediklərinə görə üzr istəməlidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ABŞ yarışının son dövrəsində trası kəsərək Rəykköneni keçmiş və 5 saniyə cəza almışdı. Qeyd edək ki, keçən il də Ferstappenə Meksikada buna bənzər cəza verilmiş və oradakı yarışda da stüard Qərri Konnelli olmuşdu. Buna görə də 20 yaşlı sürücü “orada bir axmaq stüard var, mənə həmişə cəza verir” demişdi.

Çarli Uaytinq: “Onun dediklərini gördüm, amma bu doğru deyil. Qərrinin orada olması təsadüfdür. İki hadisəni bir-birinə bağlaya bilməzsiniz. Qərrini çox yaxşı tanıyıram və onun kimi vicdanlı adam yoxdur. Onun kiməsə qarşı qəsdi-qərəzli olması iddiaları yersizdir. Sebastyan keçən il kiçik partlamadan sonra çoxlu üzr istədi. Maksdan hələ belə bəyanat eşitməmişəm. Üzr istəsə, əla olardı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*