C.Stüart: “Strolla 1 il vaxt vermək lazımdır”

Formula1-in yaşayan əfsanəsi Ceki Stüart debütant Ləns Strollu müdafiə edib.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü cari mövsümdə hələ xal qazana bilməyib. Formula1 dünyası kanadalı sürücüyə qarşı sərt tənqidlər yağdırsa da, 3 qat Dünya Çempionu Ceki Stüart bu fikirlərlə razı deyil: “Strollu mühakimə etməmişdən əvvəl 1 il gözləməliyik. Problemləri məni təəccübləndirmədi. Formula1 avtoidman yarışlarının zirvəsidir və ən yüksək səviyyəyə çatmaq üçün vaxt lazımdır. Amma o istedadlı olduğunu dəfələrlə isbat edib. Yaxşı komandadadır. Williams keçmişdə mükəmməl sürücülər yetişdirib.

Kanada növbəti Vilnövünü istəyir. Lakin Jil onlara əlçatmaz standartlar qoyub. Məncə, o, Formula1 tarixində ən qüsursuz və ən görkəmli sürücü idi. Oğlu Jak da atasının mirasını layiqincə davam etdirmişdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*