C.Stüart: “Rosberq doğru qərar verdi”

Sabiq Formula1 sürücüsü Ceki Stüart Niko Rosberqin təqaüdə çıxmaq qərarını dəstəkləyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Dünya Çempionu olduqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamışdı. Hələ 31 yaşı olan sürücü bildirmişdi ki, Formula1-də artıq heç bir hədəfi qalmayıb və buna görə də yarışmağa davam etməyin mənası yoxdur.

Ceki Stüart Rosberqi cəsarətli qərarına görə təbrik edib: “Xəbəri eşidəndə təəccübləndim, amma bunun əla xəbər olduğunu düşünürəm. Əvvəlcə düşündüm ki, zirvədə olarkən getmək mümkün deyil, amma o, bunu bacardı.

Mənim qərarım Nikonun qərarından fərqli idi və fərqli şəraitdə alınmışdı. Bizim dövrümüzdə yarışlar indikindən daha təhlükəli idi. Bir neçə hadisədən çıxdım. Səyahətlər və yarışlar məni yordu”.

Stüart Rosberqin təqaüdünü Həmiltonla əlaqələndirib: “Bu mövsüm nələrin baş verdiyini bilmirik, amma daxildə işlər elə də əyləncəli olmayıb. O, Dünya Çempionu oldu və özündən “daha artıq stresə ehtiyacım var? Bunun faydası olacaq?” soruşdu. Əslində ağıllı və yaxşı insan təəssüratı yaradır. Düşünürəm ki, bu, onun üçün yaxşı qərardır”.

Xatırladaq ki, Stüart 1973-cü ildə 3-cü dəfə Dünya Çempionu olduqdan sonra təqaüdə çıxmışdı…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*