C.Şekter: “Alonsonu şişirirlər”

Formula1 üzrə 1979-cu ilin Dünya Çempionu Codi Şekter bildirib ki, Alonso həddən artıq şişirilir və onun bölücü xasiyyəti çempionluqlar qazanmasına mane olub.

F-1.az xatırladır ki, Alonso dünən verdiyi açıqlamada idmandan gedəcəyini açıqlayıb, amma yenidən qayıda biləcəyini də bildirib.

Codi Şekter: “Bəzilərinin neçə çempionluq qazandığını düşünmək istəyərəm. İnsanları bəxtsizliyə və ya pis boliddə olduqlarına görə dəyərləndirə bilərsiniz. Məncə, Alonso şişirilir. Komandaları və ətrafındakı insanları məyus etməsi mənfi cəhətlərindən biridir. Belə edib Dünya Çempionluqları qazanmaq olmaz. Komandanızla birlikdə işləməlisiniz. Çünki hər sürücü bir liderdir.

Məncə, Şumaxerlə eyni səviyyədə deyillər. Şumaxer bütün dövrlərin ən güclü sürücüsüdür. Alonso o səviyyədə deyil. Amma bu o demək deyil ki, Alonso pis sürücüdür. O, hazırda ən güclü sürücülərdən biridir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*