21 Sentyabr 2017, Cümə axşamı - 05:39

C.Salvi: “Rəykkönenlə Maqnussen pişiyə oxşayırlar”

C.Salvi: “Rəykkönenlə Maqnussen pişiyə oxşayırlar”

Müəllif: Rauf Hacıyev, redaktor

11:11 - 18 İyun, 2017

Kevin Maqnussenin yarış mühəndisi Culiano Salvi danimarkalı sürücünü Kimi Rəykkönenə oxşadıb.

F-1.az xatırladır ki, Salvi daha əvvəl Ferrari-də Mixael Şumaxer, Felipe Massa, Fernando Alonso və Kimi Rəykkönen kimi sürücülərlə işləyib.

Culiano Salvi: “Maqnussen dürüst və açıqsözlü adamdır. Bunu çox sevirəm. Xarakter cəhətdən mənə Kimini xatırladır. İkisi də skandinavdır və siyasətlə maraqlanmırlar, həm də saxta deyillər. İlk görüş sizi yanılda bilər, çünki onlar sizinlə münasibət qurmaqda çətinlik çəkə bilərlər. Amma onlarla işlədiyiniz müddətdə onları daha dərindən tanıyırsınız və doğrudan da açıqsözlü adamlardırlar. Pişik kimidirlər. Qorxsalar və əsəbləşsələr, hiss edərsiniz. Bu hal doğrudan da yaxşıdır. Nə düşündüklərini hiss edirsiniz. Kevinlə toplantı etdikdən sonra “mənə belə dedi, bəlkə, başqa mənada deyib” düşünməzsiniz. Onu inandığı üçün deyib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 496
Teqlər , ,
Paylaş

logo