23 Oktyabr 2017, Bazar ertəsi - 02:42

C.Rasselldən GP3 və Formula1 müqayisəsi

C.Rasselldən GP3 və Formula1 müqayisəsi

Müəllif: Rauf Hacıyev, redaktor

11:14 - 02 Avqust, 2017

Mercedes-in 2017-ci il bolidi W08-i ilk dəfə sürən Corc Rassell testlərin birinci gününü komandanın əsas sürücüsü Bottasdan yarım saniyə geridə qalaraq, 4-cü yerdə bağlayıb.

F-1.az xəbər verir ki, britaniyalı sürücü Macarıstan testlərinin ilk günündə 119 dövrə vurub və əsasən əyləc sistemini sınayıb.

Corc Rassell: “İnanılmaz gün idi. Bunu uzun müddət idi ki, gözləyirdim. Formula1 bolidi sürmək hər gənc pilotun arzusudur. Trasa çıxan kimi bolidin asfaltayatma qüvvəsinin çox güclü olduğunu anladım. 48 saat əvvəl eyni trasda GP3 bolidi sürürdüm. Mercedes-lə bir neçə dəfə simulyator sürüşü etmişdim. Buna görə nə olacağını bilirdim. Formula1 bolidində ən böyük fərq sükan idi və trasa çıxan kimi bu fərqi hiss etdim. Bolidin çox güclü əyləc potensialı var. Düzlüklərdə sürətli olmağı və döngələrdə asfaltayatma qüvvəsini hiss etməyi gözləyirdim. Amma bu maşının əylənmə gücündən hamı xəbərdar deyil. GP3-də birinci döngəyə 260 və ya 270 km/saatla giririk və 100 metr əvvəldən əyləcə basırıq. Bu gün isə 300 km/saat ilə gedirdim və GP3-ə nisbətən 25 metr gec əylənirdim. İlk gün yarış tempinə fokuslandıq və təkərlərin ərimə sürətini gördük. Performansımdan razıyam. Bu bolidlə 119 dövrə vurduğum və Valtteridən çox geridə qalmadığım üçün sevincliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 155
Teqlər , , , ,
Paylaş

logo