C.Palmer: “Vassyörün gedişi təsir etməyəcək”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, Frederik Vassyörün komandadan ayrılması onlara çox ziyan verməyəcək.

F-1.az xatırladır ki, Frederik Vassyör yanvar ayında Renault-nun komanda rəhbəri vəzifəsindən ayrılıb. Renault Motorsport-un rəhbəri Siril Abitebul bildirmişdi ki, Vassyörün yerinə heç kimi gətirməyəcəklər.

Xatırladaq ki, Renault 2016-ci ildə Lotus komandasını aldıqdan sonra çətin mövsüm keçirmiş və Mühəndislər Kubokunda 9-cu olmuşdu.

Colion Palmer: “Təbii ki, Frederikin komandadan ayrılması bizi məyus etdi. Amma biz Formula1-i bilirik və bu ayrılıqdan sonra böhrana girmərik. Renault həmişə bu idmanda böyük işlər görüb. Buna görə də əmin əllərdəyik. Bu mövsüm gözəl nəticələr qazanmaq və köhnə günlərimizə qayıtmaq istəyirik. Komandada hamı motivasiyalıdır və uğurlu olmaq üçün əllərindən gələni edir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*