20 Oktyabr 2017, Cümə - 05:36

C.Palmer Renault-nun ödədiyi təzminatı qəbul etməyib

C.Palmer Renault-nun ödədiyi təzminatı qəbul etməyib

Müəllif: Elçin Zodorov, redaktor

08:10 - 23 Sentyabr, 2017

Renault gələn il üçün müqavilə bağladığı Karlos Saynsı Malayziya və Yaponiyada sükan arxasına əyləşdirmək istəyir, lakin buna nail ola bilmir. İspaniyanın Marca qəzetinin məlumatına görə, Colion Palmer komandadan müqaviləsi bitməmiş ayrılmaq istəmir və komandanın təklif etdiyi təzminatı qəbul etmir.

F-1.az xatırladır ki, cari mövsümdə keçən həftəsonu baş tutan Sinqapur Qran Prisinə qədər xal qazana bilməyən Colion Palmer bütün sıralanma turlarında komanda yoldaşına məğlub olmuşdu. Əldə etdiyi zəif nəticələr isə Renault-nun gələn il onun əvəzinə Karlos Saynsla müqavilə bağlaması ilə nəticələnmişdi.

Marca-nın iddiasına görə, komanda ona müqaviləni vaxtından əvvəl ləğv etmək üçün 3 milyon dollarlıq təzminat verməyi təklif edib, lakin Colion bu təklifi rədd edib. Fransız sürücü məbləğ 7 milyon olacağı halda təklifi qəbul edəcəyini Siril Abitebula bildirib.

Pərdə arxasında danışıqlar davam edərkən Palmerin növbəti iki yarışda da yarışacağı gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 462
Teqlər , , , ,
Paylaş

logo