C.Palmer Okondan çəkinmir

Renault komandasının sürücüsü Colion Palmer test sürücü Okonun güclü performansından qorxmadığını bildirib...

F-1.az xatırladır ki, Colion Palmerin Renault-dakı yeri gələn il üçün müəmmalıdır və Okonla Sirotkin kimi sürücülər onun yerinə real namizəddirlər. Okon Silverstoun testlərinə Mercedes bolidi ilə çıxdığı halda, Palmer isə Renault ilə trasa çıxıb.

Britaniyalı sürücü bildirib ki, Okonun nəticələri ilə maraqlanmır: “Estebanın nəticələrini izləmirəm. O, Mercedes ilə işləyir və onlar fərqli liqada yarışırlar. Buna görə də narahat deyiləm. Estebanı çox yaxşı tanıyıram. O, komandanın bir üzvüdür. Amma mən tamamilə öz işimə və nəticələrimə fokuslanmışam. Məqsədim komanda ilə ən yaxşı nəticəni əldə etməkdir. Əgər bolidi rəqabətədavamlı edə bilsək, potensialımı göstərə bilərəm. Əgər bolidi sürətləndirə bilsəydik, yarışda xal alardım və sıralanma turunda son sessiya uğrunda mübarizə apara bilərdim. Onda ən yaxşı mübarizəmi ortaya qoyaraq, özümü sübut edərdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*