20 Noyabr 2017, Bazar ertəsi - 06:11

C.Palmer mühərriklər arasındakı fərqi qəbul edir

C.Palmer mühərriklər arasındakı fərqi qəbul edir

Müəllif: Elçin Zodorov, redaktor

08:05 - 27 Fevral, 2016

Colion Palmer keçən mövsüm Mercedes mühərriklərindən istifadə edən Lotus komandası ilə sərbəst yürüşlərə qoşulmuşdu. Bildiyimiz kimi, Lotus-u Renault alaraq zavod komandası kimi Formula1-ə qayıdıb. Palmer də bu il Renault ilə Formula1-də ilk tam mövsümünü keçirəcək.

F-1.az xəbər verir ki, Colion iki mühərrik arasında fərq olduğunu bildirib: “Bəli, fərq var. Renault mühərrikləri Mercedes mühərrikləri qədər güclü deyil. Bunu hiss edə bilirəm. Renault mühərrikləri idarə etmək üçün rahatdır və bunun bəzi faydalı tərəfləri var. Burda hamı öz işini yaxşı görür. Qış boyu intensiv işləyiblər. Amma hazırda ən güclü mühərrik, heç sübhəsiz, Mercedes-dir.

Palmer testlərin 2-ci günü yaşadığı problem barədə də danışıb: “Hər şey yenicə başlayırdı və təəssüf olsun ki, dayanmaq məcburiyyətində qaldıq. Ciddi bir şey yox idi. Amma dayanmalı olduq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər , , ,
Paylaş

logo