C.Palmer: “Maqnussen məndən sürətli deyil”

Colion Palmer bildirib ki, Maqnussenin ondan çox sürətli olduğunu düşünmür..

F-1.az xatırladır ki, Palmer builki 10 yarışda hələ xal qazana bilməyib, amma Kevin Maqnussen bu mövsüm Renault-ya yeganə xalları qazandırıb. Palmer göstərdiyi performansla sərt tənqidlərə tuş gəlir. Amma britaniyalı düşünür ki, Maqnussen ilə mübarizə apara bilir: “Onun məndən bir az çox təcrübəsi var. Bir neçə il ərzində güclü komandaların tərkibində oldu. Bu bir meyardır. O, sıralanma tempində məndən üstündür, amma yarışda göstəricilərimiz çox yaxındır. O, önümdə olsa da, çox az fərqlə olur. Yarışlar yaxın mübarizə şəraitində keçir və eyni yerlər uğrunda mübarizə aparırıq. Bu, komanda üçün vacibdir, çünki boliddən maksimumu aldığımızı göstərir. Sıralanma turunda onu keçmək istəyirəm və bunu bəlkə də Macarıstanda edə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*