19 Noyabr 2017, Bazar - 08:48

C.Palmer: “Haas ilə mübarizə apara bilərik”

C.Palmer: “Haas ilə mübarizə apara bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:19 - 27 Fevral, 2016

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, Renault hazırkı problemlərini həll edib, Haas komandası ilə mübarizə apara bilər…

F-1.az xatırladır ki, Renault komandası testlərin ilk iki günündə problemlərlə üzləşib və cəmi 79 dövrə ata bilib, amma testlərin son iki günündə özlərini yaxşı tərəfdən göstərə biliblər.

Colion Palmer testlər barədə təəssüratlarını bildirib: “Yeni bolid ilə dövrələr atmaq gözəl idi, amma bəzi problemlər var və bunları hələ də həll edə bilməmişik. Daha çox dövrə atmalı idik.

Əgər bunu edə bilməsək, mövsüm bizim üçün uğursuz başlayacaq.

Haas komandasının necə çıxış edəcəyini indidən demək çətindir. Amma onu bilirəm ki, onlar HRT və Virgin kimi olmayacaqlar. Haas ilə mübarizə aparmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər , ,
Paylaş

logo