C.Palmer: “Daha yaxşı nəticə qazana bilərdim”

Renault komandasının sürücüsü Colion Palmer Bəhreyndə sıralanma turunda 10-cu olmasına baxmayaraq, bolidin daha çox potensialının olduğunu deyib

F-1.az xatırladır ki, britaniyalı sürücü Formula1 karyerasında ilk dəfə sıralanma turunun son sessiyasına qalıb.

Colion Palmer: “Niko sıralanma turunda daha yaxşı işlər gördü və yarışa gözəl yerdən başlayacaq. Son sessiyada səhv mühərrik rejimi seçdiyim üçün gözəl dövrə vura bilmədim. Mühərrikdə güc olmadığı üçün nəticəmi yaxşılaşdırmaq mümkün olmadı. Amma bu mövsüm ilk dəfə sıralanma turunda son sessiyaya qaldım və həftəsonunun gedişatından razıyam. Ümid edirəm ki, sabahkı yarışda daha yaxşı işlər görə bilərəm və bu mövsüm ilk xallarımızı alarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*