19 Dekabr 2018, Çərşənbə - 15:39

C.Palmer: “Bütün problemlər məni tapır”

C.Palmer: “Bütün problemlər məni tapır”

Müəllif: Rauf Hacıyev, redaktor

09:19 - 04 Mart, 2016

Colion Palmer dünən səhər ötürmələr qutusu problemi yaşamasına baxmayaraq, ruhdan düşmür…

F-1.az xəbər verir ki, Renault komandası testlərdə Kevin Maqnussen ilə hər dəfə 100 dövrə vurur, amma Palmer test etdiyi günlərdə boliddə hər dəfə bir problem əmələ gəlir.

Colion Palmer bu barədə danışıb: “Son bir neçə gündə Kevinin atdığı dövrələrə baxdım. Hər şey qaydasında idi. Mənim proqramım başlayan kimi problemlər üzə çıxdı. Belə olandan sonra öz-özümə “Niyə mən?” deyə düşündüm.

Boliddəki sürət qutusu problemini həll etdik və yarış tempi proqramımızı bitirdik. Bu əla idi.

Bolid yaxşıdır və 100 dövrəyə çata bilmədiyim üçün məyusam.

Komanda keçən həftəyə nisbətən bolidi təkmilləşdirib. Sabah tək dövrə performansımıza baxacayıq və nələr baş verəcəyini görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər , ,
Paylaş

logo