18 Noyabr 2018, Bazar - 01:37

C.Palmer: “Bolidi yoxlamalıyıq”

C.Palmer: “Bolidi yoxlamalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:09 - 02 Aprel, 2017

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, Avstraliyada etdiyi qəza ciddi olub və bolidin bu vəziyyətdən necə zərər gördüyünü bilmir.

F-1.az xatırladır ki, Formula1-də 2-ci mövsümünü keçirən Palmer ikincin sərbəst yürüşlərdə keçirdiyi qəzadan sonra bolidin əvvəlki kimi işləmədiyini demişdi və buna görə də yarışı bitirə bilməmişdi.

Britaniyalı sürücü bildirib ki, qəzanın təsiri Çində də davam edə bilər və buna görə də komanda onun bolidini yoxlamalıdır: “Cümə günü böyük bir qəza etdim. Bu da sırallanma turu performansıma pis təsir etdi. Çünki bolid əvvəlki kimi yaxşı vəziyyətdə deyildi. Çin yarışından əvvəl hər şeyi yoxlayıb problemin olmadığını öyrənməliyik. Komandadakı bütün işçilər bu mövzuda əllərindən gələni edirlər və onlara güvənirəm. Ümid edirəm ki, sonrakı yarışda hər şey mənim üçün yaxşı gedər və mövsümün ilk xallarını alaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 018
Teqlər , , ,
Paylaş

logo