C.Palmer 2017-ci ildə Renault-da qalacağına əmindir

Bu il Formula1-də debüt edən Colion Palmer ilk 8 yarışda özünü yaxşı tərəfdən göstərə bilməyib.

F-1.az xəbər verir ki, britaniyalı pilot yaxşı çıxış edəcəyi təqdirdə gələn mövsüm də komandada qalacağından əmin olduğunu bildirib: “Bu il mənim üçün uğurlu alınsa, burada qalacağıma əminəm. Əlimdə böyük fürsət var. Bolidi inkişaf etdiririk və mövsümün əvvəli ilə müqayisədə indi daha yaxşı vəziyyətdəyik. Növbəti yarışları səbirsizliklə gözləyirəm. Geridə qalan yarışlarda bəlkə də daha artığını edə bilərdik. Lakin biz Formula1-də mübrizə aparırıq və hər an hər şey dəyişilə bilir.

Biz dayanmadan inkişaf etməyə çalışırıq. Son yarışlar bizim üçün rahat olmadı. Düzlüklərdə geri qalırıq və bunu düzəltməliyik. Komandanın daha da inkişaf edəcəyinə əminəm. Sadəcə bir qədər zaman lazımdır. Renault böyük mənbələrə, yaxşı insanlara və güclü komandaya malikdir. Uğur üçün lazım olanlar da elə bunlardır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*