C.Minardi: “Mövsüm çox maraqlı keçir”

Sabiq komanda rəhbəri Cankarlo Minardi bildirib ki, Formula1-dəki köklü dəyişikliklərdən sonra yarışlar darıxdırıcı keçmir.

F-1.az xatırladır ki, Rusiya yarışında cəmi bir ötmə olmuşdu və bu real ötmə deyildi, komanda əmri hesabına baş vermişdi.

Cankarlo Minardi: “Rusiyada Bottas, Fettel və Rəykkönenin performansları çox yaxşı idi. Məncə, Lyuis komanda yoldaşı Valtterini ciddiyə almadı, amma düşünmürəm ki, son yarışdakı fərqin səbəbi bu idi. Lakin, Kiminin yarışın sonlarındakı sürətli dövrə nəticələrini anlamıram. Madam ki, bu qədər sürətlidir niyə bunu yarışın əvvəlində nümayiş etdirmir? Ümumilikdə, mövsüm gözləniləndən maraqlı keçir və buna görə də xoşbəxtəm. Mercedes və Ferrari arasındakı mübarizə get-gedə gərginləşəcək. Red Bull komandası da bu səviyyəyə gəlsə, hamı çox xoşbəxt olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*