C.Minardi: “Ferrari müştəri komandalarına təsir edə bilmir”

Formula1-də bir dövrlər mübarizə aparmış Minardi komandasının rəhbəri Cankarlo Minardi bildirib ki, Ferrari-nin müştəri komandaları üzərindəki təsiri azalır.

F-1.az xatırladır ki, Haas komandası hazırda Ferrari-nin ikinci komandası sayılır. Lakin amerikalılar son verdiyi açıqlamada bildiriblər ki, gələn il də Maqnussen və Qrojan cütü ilə davam edəcəklər. Bu açıqlama Ferrari-nin ehtiyat sürücüsü Antonio Covinatsi üçün pis xəbərdir. Ferrari-nin digər müştərisi Sauber isə gələn il Honda mühərriyinə keçə bilər. Belə olan halda, italyanlar gələn il təkcə Haas-a mühərrik satmalı olacaqlar.

Cankarlo Minardi: “Belə olan halda, Ferrari-nin gənc sürücüləri üçün tətbiq etdiyi bütün sistem məğlub olar. Belə olan halda, Ferrari sürücülərinin sığortası qalmaz. Ferrari bu formada müştərilərinə söz keçirə bilməz. Hələki bu ssenarini düşünmək istəmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*