C.Klia: “Mercedes-dən çox geridəyik”

Ferrari komandasının baş mühəndisi Cok Klia zəif performanslarından sonra böhranda olduqları ilə bağlı xəbərləri təkzib etsə də, Mercedes-dən çox geridə qaldıqlarını etiraf edib.

F-1.az xatırladır ki, mövsümöncəsi testlərdən sonra Mercedes ilə Ferrari arasındakı fərqin az olduğu deyilirdi, amma mövsümün ilk yarışlarında məlum oldu ki, Ferrari sıralanma turunda almanlara çox uduzur…

C.Kila: “Mercedes ilə aramızdakı fərq təsəvvür etdiyimizdən daha çoxdur, amma keçən ilin ortalamasına və son yarışına nisbətən çox azdır. Bu işin müsbət tərəfidir.

Mercedes ilə fərqi bağlayırıq və gələcəkdə bu fərqin daha da azalacağından əminik. Yeganə sual odur ki, bu nə vaxt baş verəcək”.

Klia bundan başqa rəqiblərinin təkər təzyiqləri ilə oynayaraq, sürət qazandığı ilə əlaqədar iddiaları da dəyərləndirib: “Aşağı təzyiq sizi daha çox asfaltla ilişmə ilə təmin edir, ancaq sıralanma turundakı tək dövrədə təzyiqləri nəzarətdə saxlamaq çox asandır. Bəzi komandaların təkər təzyiqini aşağı saldığı ilə bağlı iddialara inanmırıq. Bəlkə, təzyiq 0.5Psi azaldılır, amma bu heç vaxt 2.0 Psi ola bilməz. Biz düşünürük ki, bu qeyri-mümkündür.

Təkərlərin istiliyini almaq üçün bəzi hiyləgər üsullardan danışırlar, amma onların hamısı qaydalara ziddir. FİA bildirib ki, bütün bolidlər qaydalara uyğundur. Buna görə də şübhələnməyimiz üçün heç bir səbəb yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*