C.Klia gələn il Leklerlə işləyəcək

Təcrübəli mühəndis Cok Klia gələn ildən etibarən Şarl Leklerin yarış mühəndisi olacaq.

F-1.az xatırladır ki, Lekler gələn ildən etibarən Ferrari komandasında çıxış edəcək.

Klia isə 20 ildən çoxdur ki, Formula1-in içindədir və Mixael Şumaxer, Həmilton, Rosberq, Fettel, Rəykkönen kimi sürücülərlə çalışıb.

Jok Klia: “Hazırda qəti qərara gəlməmişik. Düzdür, Leklerin üzərində böyük təsirim olacaq. Amma vəzifəmə qərar verəcəyik. Ona Kimi və Sebdən yaxın olacam. Gənc sürücülərlə təcrübəm çox olub. Təcrübəli sürücülərlə də çox işləmişəm. Şarl gələndə onun həyatını asanlaşdırmaq üçün hər yöndən kömək edəcəm. Ona yaxşı performans göstərməsi üçün məsləhətlər verəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*