20 Oktyabr 2017, Cümə - 21:50

C.Klarkson: “Berninin onsuz da pulu var”

C.Klarkson: “Berninin onsuz da pulu var”

Müəllif: Rauf Hacıyev, redaktor

13:37 - 12 Fevral, 2017

Məşhur televiziya aparıcılardan biri olan Ceremi Klarkson bildirib ki, Liberty Media Formula1-i canlandıracaq.

F-1.az xatırladır ki, Liberty Media Formula1-i satın aldıqdan sonra Berni Ekklstounu rəhbər vəzifəsindən uzaqlaşdırmış və əvəzinə Çeys Keri, Şon Bratçes və Ross Braunu gətirmişdi.

Klarkson bildirib ki, Berniyə kiçik bir vəzifə verilə bilər, amma 86 yaşlı rəhbərin getmək vaxtı artıq gəlmişdi: “Sözün açığı, Berni idman üçün vacib işlər görüb. Artıq getmək vaxtı idi. Onsuz da varlıdır və daha da varlı olmasının bir mənası yoxdur. Çeys Keri amerikalıdır və onların şou mövzusunda nə qədər güclü olduğunu hamımız bilirik. Məsələn, NASCAR. Bir yarışa 250 min nəfəri cəlb edə bilirlər və bunu hər idman növündə görmək mümkün deyil. Formula1 izləyicilər üçün təşkil edilən bir şoudur və bunu başa düşmək lazım idi. Əminəm ki, Liberty Media bu mövzu üzərində dayanacaq və yarışlara həyəcan qatacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 432
Teqlər , , , , ,
Paylaş

logo