24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:34

C.Ki: “Yeniliklər pis işləyir”

C.Ki: “Yeniliklər pis işləyir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 20 May, 2017

Toro Rosso komandasının texniki direktoru Ceyms Ki Barselonaya hazırladıqları yeni detallardan narazı qalıb.

F-1.az xatırladır ki, İspaniya yarışında Sayns 7-ci, Daniil Kvyat isə 9-cu yeri tutmuşdular.

Ceyms Ki: “Yeniliklərin üzərində bir az da işləməliyik. Hazırda Mühəndislər Kubokunda 5-ci olsaq da, rəqiblərimiz çox güclüdürlər. İspaniyada heyif ki, problemlər bizdən əl çəkmədi və rəqabətədavamlı ola bilmədik. Yarış tempimiz isə yaxşı idi və hər iki bolidlə xal alaraq, çətin bir işin öhdəsindən gəldik. Monako mühərrik gücünə görə bizə kömək edəcək və bundan istidadə edib yaxşı nəticə qazanmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 255
Teqlər ,
Paylaş

logo