C.Ki Simondsu əvəz edəcək?

Almaniyanın nüfuzlu Auto Motor und Sport resursunun verdiyi məlumata görə, Williams komandasının rəhbərliyi Toro Rosso komandasının texniki direktoru Ceyms Kini komandaya dəvət etmək istəyir.

F-1.az xatırladır ki, Pət Simondsun müqaviləsi 2017-ci ilin sonunda başa çatır və britaniyalılar peşəkar karyerasını başa vurmağa hazırlaşan mütəxəssisi əvəzləyəcək şəxsin axtarışına başlayıblar.

Williams komandası yayda Ferrari komandasını tərk etmiş Ceyms Əllisonun da namizədliyini nəzərdən keçiriblər, amma seçimi Kinin üzərində dayandırıblar. Əllison hələ heç özü də bilmir ki, gələcəkdə nə işlə məşğul olacaq, amma bir çox komandalar, hətta Mercedes də onunla maraqlanır, çünki 2017-ci ilin sonunda Pəddi Lounun da müqaviləsi başa çatır…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*