16 İyul 2018, Bazar ertəsi - 08:56

Ç.Keri: “Gənc nəsli idmana cəlb etməliyik”

Ç.Keri: “Gənc nəsli idmana cəlb etməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

11:03 - 14 Dekabr, 2017

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, gənc nəsili idmana cəlb etmək lazımdır.

F-1.az xatırladır ki, Liberty Media Formula1-i satın aldıqdan sonra idmana yeni azarkeşlər cəlb etmək üçün müxtəlif işlər görür.

Çeyz Keri: “İnsanlar böyümə prosesində izlədikləri şeylərdən asanlıqla imtina etmirlər. Onsuz da yaş ortalaması da bunu göstərir. Buna görə də yeni nəsli idmana cəlb etməliyik. Bu yaşda Formula1-i sevdirsək, gələcəkdə böyük maraqla bunu izləməyə davam edəcəklər. Formula1-dəki rəqabət səviyyəsini artırmalıyıq. İnsanlar yarışın nəticəsini əvvəldən biləndə heç bir mənası olmur. Onlara sürprizlər və həyəcanlı şeylər lazımdır. Məqsədimiz komandalar arasındakı fərqlərin azalmasını təmin etməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 128
Teqlər ,
Paylaş

logo