Ç.Keri: “Əbu Dabi kimi yarışların təqvimdə yeri yoxdur”

Formula1-in yeni rəhbəri Çeyz Keri bildirib ki, Əbu Dabi kimi darıxdırıcı yarışların azalması üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, Pirelli-nin məlumatlarına əsasən, keçən il 21 yarışda 866 ötmə olduğu halda, bu il 20 yarışda 435 ötmə olub.

Çeyz Keri: “Əbu Dabi həmişə mövsümə gözəllik qatan yarışlar keçirib. Heyif ki, bu il istədiyimiz kimi olmadı. Ötmələr az oldu və istəmirik ki, bu hal təkrarlansın. İdmanda rəqabəti artırmalıyıq. Formula1 böyük idman növüdür və çoxlu fan ordusu var. Hamının gözləntisi qarşılanmalıdır. Hər şeyi təkmilləşdirmək üçün yeniliklər düşünürük. Gələn il ötmələri artıraraq, fanlara həzz yaşatmaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*