12 Dekabr 2018, Çərşənbə - 23:04

Ç.Keri Danimarka QP üçün hər şey edir

Ç.Keri Danimarka QP üçün hər şey edir

Müəllif: Rauf Hacıyev, redaktor

17:08 - 12 Yanvar, 2018

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, Kopenhagen küçələrində yarış keçirmək istəyir və Danimarkadakı məsul şəxslərlə danışıqlar yolunda gedir.

F-1.az xəbər verir ki, danimarkalı siyasətçi və yarış təşkilatçısı Helge Sander Əbu Dabi Qran Prisində Liberty Media ilə danışıqlar aparmışdı.

Çeyz Keri: “Kopenhagen kimi gözəl şəhərdə yarış keçirmək ideyası belə məni həyəcanlandırır. Orada gözəl şou göstərə bilərik və bu fürsəti əldən verə bilmərik. Ümid edirəm ki, hər şey qaydasında gedər və bunu reallaşdırarıq”.

Layihəyə dəstək verən Lars Seyer Kristensen də öz fikirlərini bildirib: “Liberty Media bunu təkcə Kopenhagen və Danimarka üçün yox, Skandinaviya üçün düşünür. Onlar bu sahənin yaxşı bazar olduğunu bilirlər. Hazırda Formula1-də danimarkalı sürücünün olması üstünlükdür. Amma o olmasaydı da, idmana maraq böyük olardı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər , , ,
Paylaş

logo