Ç.Keri: “B.Ekklstoun idmanın inkişafını ləngidirdi”

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, Formula1 Berni Ekklstouna görə geri qalaraq lazımi potensiala çata bilməyib.

F-1.az xatırladır ki, Liberty Media yanvarda Formula1-i satın aldıqdan sonra Berni Ekklstounu rəhbər vəzifəsindən tamamilə uzaqlaşdırmış və onun əvəzinə Çeyz Keri gətirilmişdi.

Çeyz Keri: “Bəli, Formula1 onun dövründə daha çox böyüyə bilərdi. Reallaşdırmaq istədiyiniz ideyalara inkar cavabı verilsəydi, necə olardı? Məyusluq əmələ gələrdi. Elə şeylər var ki, lazım olduğu halda reallaşmayıb. Bu idman son 5-6 ildə bütün potensialından istifadə edə bilməyib.

Hamımız səhv edirik və heç kim mükəmməl deyil. Berni neçə illərdir bir işi görürdü və məhsulunu 8 milyard dollara satdı. Etdikləri tərifəlayiqdir, amma müasir dövrdə idman üçün bazar lazımdır. Formula1 isə yaxşı satılmırdı.

Üç aydır ki, idman bizim əlimizdədir və qısa müddətli planlar qurmaq idman üçün yaxşı olmayıb. Biz artıq növbəti 3 ilin planlarını qururuq. Berni isə həmişə qısamüddətli planlar qururdu. Bəzi qərarları vermək üçün yaxşı düşünmək lazım idi. Məsələn, hazırkı mühərriklər çox qarışıq, çox bahalı və idmanın simvolu olan səsdən uzaqdır. Bir şey edəcəyik və bu, vaxtımızı alacaq. İki ay ərzində mühərrik məlum olmayacaq, çünki qısa müddətdə buna qərar versək, faydadan çox zərər verərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*