23 Sentyabr 2017, Şənbə - 18:40

Ç.Keri: “Almaniya və Fransanın qayıtmasına görə xoşbəxtik”

Ç.Keri: “Almaniya və Fransanın qayıtmasına görə xoşbəxtik”

Müəllif: Rauf Hacıyev, redaktor

18:20 - 21 İyun, 2017

Formula1-in yeni rəhbəri Çeyz Keri bildirib ki, 2018-ci ilin təqviminə Fransa və Almaniya Qran Prilərini əlavə etdiyi üçün çox xoşbəxtdir.

F-1.az xatırladır ki, 2018-ci il təqviminə Fransa və Almaniya qayıtdığı halda, maliyyə problemləri yaşayan Malaziya təqvimdən çıxıb.

Çeyz Keri: “2018-ci ildə Fransa və Almaniyanın təqvimə qayıtdığını açıqladığım üçün fəxr duyuram. Gələn mövsümün təqvimini belə tez yayımlamağımızın səbəbi komandaların daha yaxşı hazırlaşmasına kömək etmək üçündür. FİA ilə əla işlədik. Məqsədimiz Formula1-i gözəl şouya dönüşdürməkdir və bunun üçün əlimizdən gələni edirik. Növbəti mövsümlərdə daha çox yarış olması üçün danışıqlar aparırıq. Elə etməliyik ki, fanlar bu idmandan daha çox həzz alsınlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 379
Teqlər ,
Paylaş

logo