C.Herbert: “Fettel həddini aşdı”

Sabiq Formula1 sürücüsü Conni Herbert bildirib ki, Fettel Meksika yarışında dediyi sözlərə görə cəzalandırılmalıdır.

F-1.az xatırladır ki, Fettel Meksika yarışında həm Uaytinqi, həm də Ferstappeni təhqir etmiş və üzr istədiyi üçün cəza almamışdı…

Conni Herbert: “Ən pisi Çarliyə qarşı dediyi sözlər idi. Bu olmamalı idi və Fettel cəzalandırılmalı idi. Həddini aşdı. Onun məyus olduğunu eşidə bilərik, amma dediyi sözlərə diqqət etməlidir. Çarliyə qarşı dedikləri qəbulolunmaz və sərt idi. Cəzalandırılmalı idi, amma canını qurtardı”.

Fettel yarışda əylənmə zonasında trayektoriyasını dəyişdirdiyi üçün nəticəsinə 10 saniyə əlavə edilib və 3-cü yerdən 5-ci yerə geriləyib.

Herbert bildirib ki, Fettelin bu hərəkətə görə cəza alması haqsızlıqdır: “Buna görə cəzalandırılmasına təəccübləndim. Biz bunu görmək istəyirik. Bəs problem nədir? Fettel rəqibini sıxırdı və burada problem yoxdur. Mən yarış vaxtı sürücülərin rahat buraxılmasının tərəfdarıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*