C.Herbert: “Ferstappen Şumaxerə bənzəyir”

Sabiq Formula1 sürücüsü Conni Herbert Maks Ferstappeni Formula1-in əfsanəvi sürücüsü Mixael Şumaxerə bənzədib...

F-1.az xatırladır ki, Maks Ferstappen 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt edib. İdmandakı ilk mövsümündə cəsarətli ötmələri ilə yadda qalan hollandiyalı 2016-cı ilin Barselona yarışından əvvəl Red Bull komandasına transfer olunub və Avstriya təmsilçisinin heyətində keçirdiyi ilk yarışda qalib gələrək, Formula1 tarixinin yarış və podium qazanan ən gənc sürücüsü olub.

Mixael Şumaxer isə 1991-ci ildə Jordan komandası ilə debüt edərək düz bir il sonra Benetton komandasının heyətində ilk qələbəsini qazanmışdı. Əfsanəvi sürücü həmin illərdə Ayrton Senna və Naycel Mənsell kimi sürücülərlə mübarizə aparmışdı.

Conni Herbert: “Maks Ferstappen idmana gələn kimi hamının sevgisini qazanmağa başladı. Bu hal Şumaxerin idmandakı debütünü xatırladır. Benetton Şumaxeri Eddi Cordanın əlindən almışdı. O da Benetton ilə əla işlər görmüşdü. Maksda Mixaeldə olduğu kimi yarışçı beyni var. Əlinə qələbə fürsəti düşəndə bundan istifadə etməyi bacarır. Mən inanmıram ki, o bir dəfə Dünya Çempionu olmaqla kifayətlənsin. Yaxşı bolidi olsa, istedadını göstərib, əla nəticələr alacaq. Maks rəqiblərinə nisbətən çox gəncdir və tez öyrənir. Əminəm ki, əla karyerası olacaq.

Braziliyada inanılmaz performans göstərdi. Mən başa düşmədim ki, digər sürücülər niyə onun istifadə etdiyi trayektoriyadan istifadə etmədi. Xarici trayektoriyada asfaltla ilişmə yarış trayektoriyasından yaxşı idi, amma bundan bir Ferstappen istifadə etdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*