C.Haas: “Qrojan getmək istəsə, mane olmaram”

Haas komandasının sahibi Cin Haas bildirib ki, Roman Qrojan böyük komandalardan birinə getmək istəsə, onlar fransalıya mane olmayacaqlar...

F-1.az xatırladır ki, Roman Qrojan bu il Haas komandasına transfer olub və mütəxəssislər bunu Ferrari-yə keçmək üçün atılan addım kimi dəyərləndirirlər.

Cin Hass bildirib ki, Qrojan getmək istəsə, ona mane olmayacaqlar: “Əgər sürücü istəksizdirsə, onu komandada saxlamağın mənası yoxdur. Roman hazırda burada xoşbəxtdir, amma onu güclü komandalardan biri istəsə və müqaviləni pozmaq üçün qoyulmuş məbləği ödəsə, bunu qəbul etməmək axmaqlıq olar.

Roman yaxşı adamdır. Əgər onun çempionluq mübarizəsi vermək şansı varsa, buna mane ola bilmərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*