19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:40

C.Haas: “Amerikalı sürücü almaq fikrimiz yoxdur”

C.Haas: “Amerikalı sürücü almaq fikrimiz yoxdur”

Müəllif: Elçin Zodorov, redaktor

10:16 - 20 Oktyabr, 2016

Haas komandasının sahibi hazırda təcrübəli amerikalı sürücünün olmadığını, təcrübəsiz sürücüləri alaraq risk etmək istəmədiklərini bildirib.

F-1.az xatırladır ki, sabiq Formula1 sürücüsü və dünya çempionu Mario Andretti Haas-a amerikalı sürücü almağı məsləhət görmüşdü. Lakin Formula1-də bu il debüt edən komandanın sahibi Cin Haas indi təcrübəsiz sürücünün alınmasının səhv addım olacağını düşünür.

Mario Andretti: “Formula1-də artıq ABŞ-ın da komandası var. Ümid edirəm ki, yerli sürücü alarlar, çünki ölkədə olduqca böyük azarkeş kütləsi var. Amerikalı bir sürücünün yerli komandanın tərkibində Ostində yarışdığını görmək gözəl olardı. Aleksandr Rossi gözdən qaçmış istedadlı sürücüdür. GP2-də çox yaxşı təsir bağışladı və trasları yaxşı tanıyır. Müəyyən qədər təcrübəsi də var. Lakin yaxşı komandada iştirak etməmiş nəyə qadir olduğunu görə bilmərik”.

Cin Haas: “Biz hər şeyi amerikalılaşdırmaq istəsəydik, nə pulumuz qalardı, nə də vaxtımız. Biz yarış komandası yaratmaq üçün buradayıq. Əgər istedadlı yerli sürücü qarşımıza çıxsa, bu barədə düşünərik. Amma hazırda elə pilot yoxdur. Təcrübə hər zaman lazımdır. Bu il iki təcrübəli sürücü idmanı tərk edir, yeni gələnlər isə təcrübəsiz sürücülərdir. Onları almaq sabah nə baş verəcəyini bilməmək deməkdir. GP3 və GP2-də yarışan çox yaxşı sürücülər var, amma Formula1 tamamilə fərqlidir”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 178
Teqlər , , ,
Paylaş

logo