18 Noyabr 2018, Bazar - 01:34

Ç.Fyorio: “Ümid edirəm ki, Ferrari Covinatsiya şans verər”

Ç.Fyorio: “Ümid edirəm ki, Ferrari Covinatsiya şans verər”

Müəllif: Elçin Zodorov, redaktor

15:20 - 29 Mart, 2017

Gənc sürücü Antonio Covinatsinin Avstraliyada Sauber-in heyətində gözlənilməz debütü və yarışdakı çıxışı Ferrari-nin sabiq rəhbəri Çezare Fyorioda xoş təəssürat yaradıb.

F-1.az bildirir ki, Çezare keçmişdə rəhbəri olduğu komandanın Antonioya müqavilə təklif etməli olduğunu düşünür: “Mən Antonionu 4-5 ildir ki, izləyirəm və əminliklə deyə bilərəm ki, hazırda ən yaxşı italyan sürücüdür. O, Formula1-ə tamamilə hazırdır. Ferrari onu ehtiyat sürücü kimi götürməklə düzgün addım atıb. Ümid edirəm ki, yarışmasına da şans veriləcək.

Baxmayaraq ki, Kimi Rəykkönen keçən il başabaş mübarizə apardı, lakin ondan əvvəlki illərdə Fernando Alonso və Sebastyan Fettelə qarşı əldə etdiyi nəticələr qorxunc idi. Artıq 38 yaşı tamam olur və karyerasını bitirməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 433
Teqlər , , , , , ,
Paylaş

logo