C.Fizikella: “Alonso ilə problemim olmayıb”

Fernando Alonsonun sabiq komanda yoldaşı Cankarlo Fizikella ikiqat Dünya Çempionu barədə deyilən sözləri təkzib edib.

F-1.az xatırladır ki, əksəriyyət Alonsonun komandada siyasi oyunlar oynadığını və komandanı iki yerə böldüyünü deyib. 2005-ci və 2006-cı illərdə ispaniyalı sürücü ilə komanda yoldaşı olmuş Fizikella bu sözləri təkzib edib: “İki il bir yerdə yaxşı işlədik. Komandada daha əvvəl görülməmiş atmosfer var idi. Dost idik və yaxşı yola gedirdik. Həmişə bir yerdə işlədik və bəzən yarışdan əvvəl saatlarla kart oynayırdıq.

Problemlər barədə heç nə deyə bilmərəm. Bir yerdə hər şeyi qazandıq. Yaxşı münasibətimiz və dostluğumuz var idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*