C.Əllison: “Rəqiblərə nəzarət edirik”

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, testlərdə ancaq özlərinə fokuslanmırlar. Həmçinin,, rəqiblərin performanslarını da təhlil ediblər.

F-1.az xatırladır ki, Mercedes komandası mövsümöncəsi testlərdə ən çox Medium təkərlərdən istifadə edərək, bacardıqca çox məlumat toplayıb.

Ceyms Əllison: “Ancaq özümüzə fokuslanmamışıq. Rəqiblərin də performansını incə detalına qədər təhlil edirik. Strateqlərimiz bütün məlumatlara, dövrəvi zamanlara baxaraq, rəqiblərin güclərini anlamağa çalışırlar. Aerodinamika şöbəsi isə şəkillərdə maraqlı yenilikləri təhlil edirlər. Pitdəki söz-söhbətlərə qulaq asırıq və günün sonunda mətbuatdakı yazıları oxuyuruq. Onların danışıqlarını təhlil etməyə çalışırıq. Beləliklə, rəqiblərimizin zəif və güclü tərəflərini təhlil edərək yarışlara hazırlaşırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*