11 Dekabr 2018, Çərşənbə axşamı - 13:09

C.Əllison: “Red Bull artıq Mercedes-ə rəqibdir”

C.Əllison: “Red Bull artıq Mercedes-ə rəqibdir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:58 - 07 Mart, 2018

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Red Bull 2018-ci ildə onlar üçün potensial rəqibdir.

F-1.az xatırladır ki, Daniel Rikkardo HyperSoft təkərlərlə 1.18.047, Həmilton isə UltraSoft təkərlərlə 1.18.4 zaman nəticəsi göstərib.

Ceyms Əllison: “Məncə, 3 güclü komanda var və Red Bull da əsas rəqiblərimizdəndir. Qış testləri bitmədən işlərin hansı səviyyədə olduğunu demək çətindir. Hələ də müəmmalar var. Buna görə də dəqiq söz demək olmaz. Onların mühərrik rejimlərindən xəbərim yoxdur. Ancaq onu bilirəm ki, Melburna daha çox yeni detallarla gələcəklər. Heç kim sürətini gizlətmir. Test etmək üçün buradayıq və bolidin potensialını bilmək üçün doğru işlər görmək lazımdır. Bolidin sürətini yanacaq yükü ilə dəyişmək mümkündür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 363
Teqlər ,
Paylaş

logo