C.Əllison Nyuini əvəz edəcək?

Paddokda gəzən söz-söhbətlərə görə, Red Bull komandası Ədrian Nyuinin əvəzinə Ceyms Əllisonu transfer etmək istəyir...

F-1.az xatırladır ki, mövsümün əvvəlində Ceyms Əllisonun həyat yoldaşı dünyasını dəyişmişdi və britaniyalı mühəndis öz uşaqları ilə daha çox vaxt keçirtmək üçün Ferrari-dən icazə almışdı.

Əllisonun icazə müddəti bitdikdən sonra Ferrari-dəki işinə qayıtsa da, uşaqları ilə maraqlanmaq üçün tez-tez İtaliyadan İngiltərəyə gedirdi. Britaniyalı yayda Ferrari ilə yollarını tamamilə ayırdı və hazırda işsizdir. Britaniyalı mütəxəssislə Williams, Renault və McLaren kimi bazaları İngiltərədə yerləşən komandalar maraqlanırlar. Amma son çıxan şayiələrə əsasən, Ceyms Əllison Red Bull komandasında Ədrian Nyuini əvəz edəcək.

Ədrian Nyui hazırda Aston Martin-in hiper avtomobil layihəsi üzərində işləyir və Red Bull komandasına əvvəlki kimi vaxt ayıra bilmir.

Mixael Şmidt bildirib ki, Əllison ilə Renault, McLaren və Red Bull maraqlanır. Əgər Əllison Red Bull-a keçsə, 2018-ci ilin bolidi üzərində işləməyə başlayacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*