C.Əllison: “Ən güclü sürücünü seçmək çətindir”

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, peletonda ən güclünün kim olduğuna cavab vermək çox çətindir.

F-1.az xatırladır ki, britaniyalı mütəxəssis Alonso, Rəykkönen, Həmilton, Fettel kimi sürücülərlə işləyib.

Ceyms Əllison: “Bu sualla bir neçə dəfə qarşılaşdım və həmişə eyni cavabı verirəm. Məncə, hazırda 3 yüksək səviyyəli sürücü var və bunlar Alonso, Fettel və Həmiltondur. Bunlardan hansının ən yaxşısı olduğunu bilmək üçün bərabərgüclü bolidlərdə yarışdırmalıyıq. Əgər bunu edə bilmiriksə, müqayisə də doğru deyil.

Mercedes komandasına keçmək mənim üçün doğru qərar idi. Lyuis kimi sürücü ilə işləmək çox xüsusidir. İşini əla görür və həmişə özünü təkmilləşdirir. Onun iş əzmini az adamda görmüşəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*