C.Əllison: “Bottasdan çox şey istədik”

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Macarıstanda Bottasdan çox şey gözləyiblər.

F-1.az xatırladır ki, Mercedes komandası finlandiyalı sürücü Macarıstan yarışında Fetteli uzun müddət arxasında saxlasa da, sona 5 dövrə qalmış təkərləri yeyildiyi üçün həm Fettelin, həm də Rəykkönenin hücumlarını dəf edə bilməyərək, 5-ciliyə razı olmuşdu.

Ceyms Əllison: “Mükəmməl və qəhrəmancasına yarış keçirdi. Amma biz təkərlərin vəziyyətinə görə ondan mümkünsüzü istədik. Virtual təhlükəsizlik maşını zamanı onu pitə çağırmaq istədik, amma geriyə düşmək bizim üçün pis ola bilərdi. Buna görə də riskli ikinci yer strategiyamıza sadiq qaldıq. Ən pis halda 4-cü olacaqdı. Amma təmaslardan sonra həm bizim üçün, həm də Valtteri üçün daha pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*