C.Batton: “Yeni sürücülər qəribədirlər”

Formula1-in təcrübəli sürücüsü Censon Batton düşünür ki, yeni sürücülər çox qəribə yarışırlar.

F-1.az xatırladır ki, 36 yaşlı Batton Formula1-də ən çox yarışa çıxmış 3-cü sürücüdür və əgər britaniyalı mövsümün sonuna qədər yarışmağa davam etsə, Şumaxerin 308 yarışlıq nəticəsini üstələyərək, ikinci yerə yüksələcək.

Bir neçə komandada bir neçə sürücü ilə komanda yoldaşı olmuş Batton yeni sürücüləri qəribə adlandırıb: “Onlar Formula1-ə gəlməzdən əvvəl çox şey öyrənməlidirlər. Onlar qəribə tərzdə sürürlər. Elə bil heç nəyə ümidləri yoxdur. Onlara baxanda həmişə ümidsiz olduqlarını görürəm. Bir sürücü Formula1-ə gələndə gərək bu tərz davranışları unutsun. Karyeralarının bu həddinə çatanda bolidi necə idarə etməli olduqlarını biləcək qədər ağıllı olmalıdırlar. Yeni sürücülər Mixael Şumaxerin yarışlarını daha çox izləməlidirlər. O çox çətin şərtlərə baxmayaraq, həmişə düzgün şəkildə yarışdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*