21 Oktyabr 2018, Bazar - 16:28

C.Batton: “Rikkardo Ferrari-yə keçməlidir”

C.Batton: “Rikkardo Ferrari-yə keçməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:07 - 13 May, 2018

Sabiq Formula1 sürücüsü Censon Batton dostu Daniel Rikkardonu gələn il Ferrari komandasında görmək istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatır. “Qırmızı öküzlər” sürücünü komandada saxlamaq istəsələr də, Rikkardo mümkün qədər gec qərar vermək istəyir. Bunun səbəbi isə “gülərüz sürücünün” Ferrari və Mercedes kimi alternativlərinin olmasıdır.

Censon Batton: “Ferrari-yə getmək şansı var. Mercedes və Red Bull da alternativlər arasındadır. Çətin qərardır. Üçü də zirvədəki komandadır. Düzü heç kimin əlinə belə fürsər keçmir. Buna görə də o çox bəxtəvərdir. Ürəyinin səsini dinləyəcək və özü üçün ən doğru komandanı seçəcək. Mən onu Ferrari-də görmək istəyirəm.

Qərarı çox tez və ya gec vermək istəmir. İlin sonuna doğru hamının performansına baxacaq. Gələn il fərqli olacaq və hansı komandanın güclü olacağını proqnozlaşdırmaq çətindir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , ,
Paylaş

logo