17 Dekabr 2017, Bazar - 12:15

C.Batton: “Mümkün olan hər şeyi etdik”

C.Batton: “Mümkün olan hər şeyi etdik”

Müəllif: Elçin Zodorov, redaktor

20:52 - 03 İyul, 2016

Avstriya Qran Prisində bu mövsümdə indiyə qədər ən yaxşı nəticəsini əldə edən Censon Batton əllərindəki imkanlardan maksimum istifadə etdiklərini bildirib.

F-1.az xatırladır ki, sıalanma turunda 5-ci olan Censon Batton Niko Rosberq və Sebastyan Fettelin startda 5 yer itirməsinə görə yarışa 3-cü yerdən başlayıb, startda isə 2-ci yerə yüksəlib. Lakin bəzi rəqiblərinə müqavimət göstərə bilməyən McLaren Honda komandasının britaniyalı sürücüsü finiş xəttini 6-cı yerdə keçib.

Censon Batton: “Çətin yarış olacağını bilirdim, amma ön yerlərdən start almaq yarışdakı tempə çox təsir edir. Çünki qarışıqlığa düşmürsən və öz işini görürsən. Lakin burada 2 DRS zonası var idi və rəqiblərimi arxamda saxlaya bilmədim. Yarış tempim yaxşı idi, amma məni heç gözləmədiyim yerlərdə keçdilər.

Amma mən Williams pilotlarını keçdim, eyni zamanda strategiyamız da uğurlu oldu. Edə biləcəyimiz maksimum şey bu idi və bunu da etdik. Həftəsonu hər seansda maşını daha yaxşı vəziyyətə gətirə bildik. Amma növbəti yarış Silverstoundayıq və orada bu nəticəni əldə edəcəyimi gözləmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo