C.Batton: “Manor ilə mübarizə aparmaq qorxunc idi”

McLaren komandasının pilotu Censon Batton peletonun quyruğunda Manor komandası ilə mübarizələrini "qorxunc" adlandırıb.

F-1.az xatırladır ki, Censon Batton güc qurğusunu tam dəyişdiyi üçün cərimə alaraq bu gün yarışa son yerdən başlayıb. Yarışın yekununda 18-ci ola bilən Batton komanda yoldaşından 2 yer geridə qalıb….

Censon Batton: “Başlanğıc çox pis idi. Yaxşı start ala bilmədim və çox geridə qaldım. Manor pilotlarını keçmək həqiqətən çox çətin oldu. Onların biri yumşaq, digəri isə bərk təkərdə idi. Çox çətin olsa da, keçməyi bacardım. Yarışı 18-ci yerdə bitirdim və bu nəticə həqiqətən qorxuncdur. Buna baxmayaraq, yarışdakı kiçik mübarizələrdən zövq aldım. Xal ala biləcək səviyyədən olduqca geridə idik. Çox çətin bir həftəsonu oldu. Yaponiya bizim 2-ci evimiz olmasına baxmayaraq, yavaş olduğumuz tras olması bizim üçün çox pisdir. Burada sürətli deyildik, amma növbəti yarışda sürətli olacayıq. Bütün yarışlarda yaxşı ola bilməzsiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*