C.Batton Macarıstanda yaxşı nəticəyə ümid edir

Censon Batton bolidlərinə uyğun olan Hunqarorinq trasında motora edilən son yeniliklərin köməyi ilə yaxşı nəticə əldə edəcəklərinə inanır.

F-1.az xatırladır ki, güc qurğusunda edilən yeniliklərin nəticəsində qazanılan əlavə gücə baxmayaraq, McLaren Honda pilotları yüksək sürət və güc tələb edən son 4 yarışda cəmi bir dəfə – Avstriyada Battonun 6-cı olması ilə xal əldə edə biliblər. Batton sadəcə uzunluğunun 55%-nin yüksək sürətlə keçildiyi, dar və döngələrlə zəngin olan Hunqarorinqdə uğur qazanacaqlarına inanır. Bu trasda ən çox qələbəni məhz McLaren qazanıb.

Censon Batton: “Arxada qoyduğumuz illərdə Macarıstan Qran Prisi bizim üçün yaxşı keçib. Burada aldığımız nəticələr həmişə yay tətilindən əvvəl əhvalımızı düzəldib. Bu il də belə olmasını istəyirəm. Bu tras maşınımıza daha çox uyğundur. Lakin heç bir şeyə zəmanət yoxdur, hər şey baş verə bilər. Bu qəribə trasın bizdən tələb etdiyi ən ideal sazlanmaları tapmaq üçün cümə günündən etibarən işləyəcəyik.

Fernando kimi mən də ilk qələbəmi burada qazanmışam. Buna görə də, Hunqarorinq mənim üçün xüsusi trasdır. İlk qələbəmin üzərindən 10 il keçir, amma sanki dünən baş verib. Buranın məndə xoş xatirələri var…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*