C.Batton gələn il başqa seriyalarda çıxış edə bilər

F-1.az xatırladır ki, Censon Batton 2017-ci ildə yarışmayacaq. Əvəzində, yeni bolidin inkişafı üçün çalışacaq.

Lakin britaniyalı sürücü McLaren-dəki vəzifəsi ilə yanaşı, həm də başqa seriyalarda yarışmaq istədiyini bildirib: “Gələn il başqa seriyalarda yarışa bilərəm, lakin indi diqqətimi mövsümün qalan yarışlarına yönəltmişəm. Özümü sınamaq istədiyim çox sahə var. Amma hamısını reallaşdırmaq mümkün deyil.Bu mövzuda çox həyəcanlıyam. Gələn il hər yerdə ola bilərəm. Harada olacağımı bilmirəm, amma bunu düşünmək də insanı həyəcanlandırır. İndiyə qədər heç vaxt belə hiss keçirməmişəm. Həm də ailəmə vaxt ayıra biləcəyimüçün sevinirəm.

Formada qalmağı çox sevirəm. Qaçmaqdan, velosiped sürməkdən zövq alıram. Ən əsası – yarışmağı sevirəm. Formula1 həmişə qəlbimdə olacaq. Uzun illər həyatımın vacib parçası olub. Gələcəkdə qayıtmaq ehtimalım var. Gələn il isə başqa seriyalarda da ola bilərəm…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*